Hələbin şərqindəki mühüm bölmələrdə təhlükəsizlik bərqərar olunub
Suriya ordusunun bölmələri Hələb şəhərinin şərq məntəqələrindəki irəliləyişlərini davam etdirərək, bu məntəqənin mühüm hissələrində təhlükəsilzlik və asayişi bərqərar ediblər.
IRIB-nin məlumatına görə, bir suriyalı hərbi mənbə bildirib ki, Suriyanın ordusu və silahlı qüvvələrindən bir bölmə xalq qüvvələrinin həmkarlığı ilə Hələbin şərqindəki Cuzmati və Həlvaniyyə məntəqələrində yerləşən yaşayış massivlərində təhlükəsizlik və sabitliyi bərqərar edib.
Suriyanın ordu qüvvələrinin terrorçuların Hələbdə yerləşən Kərəm əl-Əlqatirci məntəqəsindəki mövqelərinə hücumu da çoxlu sayda terrorçunun öldürülməsi, həmçinin bu məntəqənin şərq hissəsində təhlükəsizlik və sabitliyin bərqərarı ilə nəticələnib.
Suriya hərbçiləri həmçinin Cibhətunnusrə terrorçularının bu ölkənin cənubundakı Dəra məntəqəsində yerləşən didərginlər düşərgəsi və Harəlbəcabəcə məntəqəsinin ətrafındakı mövqelərini hədəfə alıblar ki, bu da terrorçuların mövqelərinin məhv edilməsi və çoxlu sayda terrorçunun ölümü ilə nəticələnibdir.
Suriyanın ordu qüvvələrinin Cibhətunnusrə terrorçularının və bu qrupun tabeliyində olan digər terror qruplarının Suriyanın qərbindəki Hums şəhərinin yaxınlığında yerləşən Əlrəstən şəhəri ətrafındakı mövqelərinə qarşı hücumu da bir qrup terrorçunun məhvi ilə nəticələnibdir.
Maliyyə və silah köməklərini Ali-Səud rejimindən alan Cibhətunnusrə qrupunun tabeliyində olan terror qrupları Humsun şimalındakı bir neçə məntəqədə yerləşiblər.
Suriyda böhran bu ölkənin prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək üçün 2011-ci ildən, Ərəbistan, Amerika və onun müttəfiqlərinin himayəsti altda olan terror qruplarının geniş hücumları ilə başlanıbdır.