Hələbin şərqinin 60% İŞİD-in işğalından azad edilib
Suriya ordusu qüvvələri ölkənin şimalında Hələbin şərqinin 60%-dən çoxunu terror qruplarının işğalından azad ediblər.
France Pressin məlumatına görə, Suriya İnsan Haqları Müşahidəçisi adlanan qrup şənbə günü bildirib: Suriya ordusu qüvvələri Suriyanın şərqində Tariq əl-Babın bir hissəsini yaraqlıların işğalından azad ediblər. Beləliklə bu bölgənin azad olunması ilə Hələbin şərqinin 60%-dən çoxu azad olunub.
Əl-Aləm televiziyası da bildirib: Suriya ordusu Hələbin şərqində əl-Qatırcı və əl-Həlvaniyyə məhəllələrində öz mövqelərini təsbit ediblər.
Hazırda Hələbin qərbi Suriya ordusunun, şərq hissəsi ilə terrorçuların nəzarətindədir.
Bu arada Livanın əl-Məyadin televiziyası bildirib: Suriya ordusu Hələb şəhərindən eyniadlı aerporta qədər şose yolunda tam təhlükəsizliyi bərpa etmək və sərnişin təyyarələrinin bu aeroportdan uçuşunun yenidən başlaması üçün çalışır. Hazırda Hələb şəhərinin şərqində yalnız 25 kvadrat kilometr ərazi terrorçuların nəzarətindədir.
Suriya 2011-ci il mart ayından xarici terrorçuların bu ölkəyə daxil olması nəticəsində böhranla üzləşmişdr.