Yəmənli qüvvələr səudiyyəlilərin hücumlarına reaksiya verdilər
Yəmən ordusu və xalq qüvvələri səudiyyəlilərin hücum və cinayətlərinə reaksiyada Ərəbistan ordusunun cənubdakı mövqelərini atəşə tutaraq onlara ağır zərbələr endiriblər.
İRNA-nın məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri dünən Ərəbistan ordusunun Əsir, Nəcran və Cizandakı mövqelərini ağır artilleriya ilə atəşə tutublar. Nəticəsə hərbi təchizatlar məhv edilib və bir qrup səudiyyəli hərbçi öldürülüb.
Yəmən ordusu və xalq qüvvələrinin snayperləri də Nəcranda bir səudiyyəli hərbçini öldürüblər.
Ötən gün Yəmən ordusu və xalq qüvvələrinin Nəcranda Ərəbistan hərbçilərinin mövqelərinə hücumu da bir hərbi avtomobilin yandırılması və çoxlu miqdarda silah-sursatın yəmənli qüvvələr tərəfindən qənimət götürülməsi ilə nəticələnib.
Ərəbistan ordusunun qırıcı təyyarələri Yəmənin şimal-qərbində Sədə vilayətinin müxtəlif bölgələrini atəşə tutublar. Nəticədə bir yəmənli sivil həlak olub və bir neçə nəfər də yaralanıb.
Səudiyyə Ərəbistanı rejimi Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə 26 mart 2015-ci ildən Yəmənə hücumlara başlayıb. Bu hücumlar nəticəsində əksəriyyətini sivillər təşkil edən 11 min 400 min yəmənli həlak olmuşdur.