Dek 04, 2016 09:59 Asia/Baku
  • İraqın şimalında İŞİD-in növbəti cinayəti
    İraqın şimalında İŞİD-in növbəti cinayəti

İraqlı qüvvələrin Mosul bölgəsində irəliləyişi barədə məlumatlar yayılarkən iraqlı qaynaqlar İŞİD-in yerli əhaliyə qarşı yeni cinayətlərindən xəbər veriblər.

İRNA-nın verdiyi məlumata görə, İraqlı mənbələr dünən bildiriblər ki, İraq qüvvələrinin Diclə sahillərində yerləşən  Müsənna və Zəhur bölgələrindəki qələbələrinin ardınca terrorçu İŞİD ünsürləri 27 iraqlı gənci İraq qüvvələri ilə əməkdaşlıq etməkdə ittihamlandıraraq qətlə yetiriblər. 

İraqlı komandanlardan olan Səid Məmuzinin dediyinə görə, hər gün İraqda bir qrup insanı müxtəlif bəhanələrlə qətlə yetirirlər, ona görə ki, insanlarda qorxu hissi yaratsınlar. 

Məmuzini deyib: İŞİD dünən 27 gənc oğlanı casusluqda ittiham edərək hamının gözü önündə onların dərisini soyub. 

İraq Kürdüstanı rəsmilərindən olan Qiyas Surçi isə deyib: İraqlı qüvvələr Mosul şəhrinin ətrafında Zəhur məhəlləsinə nəzərəti təmin edərək Şəhərin mərkəzi hissələrinə daxil olmaq üçün Diclə çayına nəzarəti də yaxın günlərdə təmin edəcəklər. 

O deyib: Terrorçu İŞİD qrupu sayı beşə çatan Diclə çayı üzərindəki körpülərin hər iki başını partladıb və ona görə də bu körpülər üzərindən avtomobillərin hərəkəti imkansızdır. Bu körpülərdən sadəcə piyada qüvvələr istifadə edə bilər. 

  İraq ordusunun Ərbildəki komandanlarından biri də deyib: Mosul əməliyyatı başlanmazdan öncə Mosulda 6-8 min İŞİD terrorçusunun olduğu proqnoz edilirdi , irəliləyişlər başlanandan bəri terrorçuların çoxu öldürülüb və bu gün İŞİD bu bölgədə 3-4 min ünsürə malikdir, onların qaçmağa yolları yoxdur, ya təslim olmalı yada ölməlidirlər. 

Teqlər