Dek 05, 2016 14:40 Asia/Baku
  • Minlərlə yəmənli əlil aksiya keçirib
    Minlərlə yəmənli əlil aksiya keçirib

Minlərlə yəmənli hərbi əlil BMT-nin Sənadakı iqamətgahı önündə aksiya keçirib və bu ölkəyə təcavüz edənlərə qarşı şüarlar veribdir.

Əlaləm telekanalının məlumatına görə, dekabrın üçünə təsadüf edən ümumdünya əlillər günü ilə bir zamanda minlərlə yəmənli əlil BMT-nin Sənadakı iqamətgahı önündə keçirilən aksiyada iştirak edibdir ki,təcavüzkarların cinayətləri və səhiyyə və təlim xidmətlərinin dayandırılması üzündən onların durumuna mənfi təsir göstərmiş mühasirəni pisləsin. Yəmən xalqının və bu əlillərin yaşadıqları iqtisadi böhran onların əlillik problemlərinə əlavə olubdur.

Bir yəmənli əlil deyib: Əlillər xüsusi şəkildə son dərəcə bu böhranın təsiri altına düşüblər. Didərginlik və təcavüzkarların hücumları ilə əlillər, yaralılar və problemlərin sayı artıbdır.

Başqa bir əlil deyib: Təcavüzkarlar bəzi müalicə mərkəzləri və əlillərə xas mərkəzləri bombalayıblar. Bu mərkəzlərin bəziləri əlillərin müalicə kursu keçdikləri zaamn hücuma məruz qalıblar.

Bu əlillərin əksər hissəsi təcavüzkarların hücumları və bombalarının ardınca əlilliyə düçar olublar və statistikalar göstərir ki, onların sayı 2 min nəfərdən çox olubdur. Təcavüzkarlar hələ bununla da kifayətlənməyiblər və öz hücumları ilə əlillərə xüsusi xidmət üzrə 300 mərkəzin bağlanmasına bais olublar.

Ayrı bir əlil isə deyib: Digər ölkələrdəki əlillər ümumdünya əlillər gününü elə bir halda qeyd edirlər ki, həmin ölkələrdə əlillərin vəziyyətinin yaxşılaşdırılması sahəsində bir çox irəliləyiş əldə olunub. Amma burada sülhə belə malik deyilik. Biz təbii yaşayışa qayıdışı istəyirik, necə ki, hər bir şəxs ona malikdir, bizi isə adi həyatdan və təlimdən məhrum ediblər.

Aksiyada iştirak edənlər təcavüzkarların əlillərə məxsus mərkəzlərə qarşı hücumlarını pisləyiblər. Onlar bir bəyanatda dünya ictimaiyyyətindən mülkilərə dəstək üzrə məsuliyyətlərinə əməl etməsini, həmçinin əlillərin sağlamlığı və himayəsi istiqamətində onların hüquqlarına və beynəlxalq qanunlara sadiq qalmasını istəyiblər.

Teqlər