Dek 06, 2016 10:59 Asia/Baku
  • Hələbin şərq əhalisinin bir çoxu öz ev-eşiyinə geri dönməkdədir
    Hələbin şərq əhalisinin bir çoxu öz ev-eşiyinə geri dönməkdədir

Suriyanın dövlət avtobusları Hələbin şərq əhalisini bu şəhərin qərbindən öz evlərinə köçürürlər.

Əlminar telekanalının məlumatına görə, Suriyanın Hələb şəhərinin yüzlərlə sakini bu günlər Suriya dövlətinin Hələbin şərq sakinlərinin köçürülməsi üçün nəzərdə tutduğu avtobuslarda boş bir oturacaq tapmağa çalışır. Bu şəxslər Hələbin şərqində yerləşən "Məsakin Hənanu" məhəlləsindəki evlərinə gedirlər.

Hələbin daxili nəqliyyat şirkətinin baş müdiri Hüseyn Süleyman bu telekanalın müxbirinə deyib: Biz hər gün təqribən min nəfəri Hələbin şərqinə köçürürük. Dövlət hazırda bu yolun təhlükəsizliyini daha da gücləndirməyə çalışır.

Hələbin şərq əhalisindən biri deyib: Biz bir neçə ildən sonra evə qayıtdığımıza görə, olduqca şadıq.

Bu dövlət şirkətinin avtobusunun sürücüsü Abdullah Ələli Hələbin şərqində yerləşən "Məsakin Hənanu" məhəlləsinə gedən ilk avtobusun sürücüsü olması ilə fəxr edir və bu məntəqəyə gedən yolların xarab olmasından şikayətlənmir.

O, deyir: Yolda, xüsusilə körpülərdə yaranmış problem və xarabalıqların olmasına rəğmən, mən dünya xalqlarına demək istəyirəm ki, bura, "Məsakin Hənanu"dur və biz bura gəlmişik.

Hələbin şərq və qərb bölmələri arasındakı gediş-gəlişin təsviri bütün problem və müsibətlərə rəğmən, Suriya xalqının müxtəlif təbəqələrinin müqaviməti və terrorçulara meydan oxumağa israr səviyyəsini göstərir.

Teqlər