Yəmənlilərin Ərəbistanın təcavüzünə cavabı
-
Yəmənlilərin Ərəbistanın təcavüzünə cavabı
Yəmənin ordusu və xalq komitələri Ərəbistanın Əsir şəhərinin Rəbuə məntəqəsində yerləşən Nəşmə bazasını öz nəzarətlərinə ala bilibilər.
Əlaləm telekanalının məlumatına görə, həmçinin Yəmənin ordusu və xalq komitələrinin artilleriyası Cizan hərbi sursat kompleksini, Əldəxan qülləsinə yaxın məntəqələri, 25-ci təpəni, eləcə də Məlhəmə və Fərizə bazalarını hədəfə alıbdır. Bu hücumlarda səudların tabeliyində olan bəzi ünsürlər yaralanıblar.
Yəmənin ordusu və xalq komitələrinin snayperləri də Nəcranın Cəbəl Məxruq məntəqəsində iki təcavüzkar səud hərbçisini hədəfə ala biliblər. Ərəbistanın bir hərbi avtomobili də Həclə qarnizonunda zərər çəkib. Digər bir hərbi avtomobil isə sərnişinləri ilə yanaşı, Nəcranda alovlanıbdır. Təizdə də Ərəbistanın muzdur hərbçilərinin bəzi istiqamətlərdə irəliləmək məqsədli bir neçə hücumu uğursuluğa düçar edilibdir.