Dek 06, 2016 18:20 Asia/Baku
  • Terrorçuların Hələbin şərqindən çıxmasına zəmanət verməsi ilə bağlı şərtli atəşkəs
    Terrorçuların Hələbin şərqindən çıxmasına zəmanət verməsi ilə bağlı şərtli atəşkəs

Suriya Xarici İşlər Nazirliyi bildirib: Terrorçuların Hələbin şərqindən çıxmasına zəmanət verilməyəcəyi zamana qədər bu bölgədə atəşkəsin bərpa olunması üçün hər bir tərəfin bütün səyləri qəbulediləsi deyildir.

Təhlükəsizlik Şurası bazar ertəsi gecə Hələbdə bir həftəlik atəşkəs barədə BMT qətnaməsinin araşdırılması üzrə iclas keçirdi. Çin və Rusiya Suriyada terror ünsürlərinin öz mövqelərini gücləndirmək üçün ötən atəşkəsdən sui-istifadə etdiklərini qeyd edərək bu qətnaməyə veto tətbiq ediblər.

Rusiyanın qənaətincə, Suriya ordusu Hələbin əksər bölgələrinə nəzarət etməkdədir və hazırkı dövrdə atəşkəsin o qədər də mənası yoxdur. Çünki terror ünsürləri atəşkəsin icra olunması ilə özlərini gecləndirirlər.

Fars İnformasiya Agentliyinin məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü Hələbdə Rusiyanın səyyar xəstəxanasına terrorçuların hücumunu pisləyərək bildirib ki, bu ölkə vətəndaşlarının terrorçuların əlində girov qalmasına icazə verməyəcək.

Suriya Xarici İşlər Nazirliyi terrorçuların girov götürdüyü bütün vətəndaşların azad olunması üçün bütün səyini göstərəcəyini bildirərək əlavə edib: Terror aktlarında yaralananlara xidmətlər göstərən Rusiyanın Hələbdəki səyyar xəstəxanasına hücum əsaslandırılası deyildir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun bildirdiyinə görə, Hələbin şərqində terrorçu və silahlı qrupların səyyar xəstəxanaya hücumu bir rus həkiminin həlak olması və iki nəfərin həlak olması ilə nəticələnib.

Teqlər