Dek 06, 2016 20:19 Asia/Baku
  • Bəşşar əl-Cəfəri
    Bəşşar əl-Cəfəri

Suriyanın BMT-dəki daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının iclasında bildirib: Terrorizmi dəstəkləyənlərin röyası budur ki, Suriyanı xarabalıqlar arasında dəfn etsinlər.

Bəşşar əl-Cəfəri deyib: Bu röyanı İraq, Liviya və Yəmən üçün də düşünürdülər. Lakin qənaətimcə, bu ölkələr yuxuya gedərlərsə, kabus onları bürüyəcək. Necə ki, Suriya, İraq, Liviya, Yəmən və Fələstin xalqlarının nifrini onlarla birlikdədir.

Cəfəri deyib: Terrorizmin Suriyaya axınının ilk günündən terrorizmi himayə edən üç muşketyor adlandırılması mümkün olan ABŞ, Fransa və İngiltərənin hər biri Təhlükəsizlik Şurasına üzv olmayan digər ölkələr, o cümlədən Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının kənarında rəsmi və qeyri-rəsmi iclaslar təşkil edərək, kənar məsləhətləşmələr apararaq və müxtəlif və ardıcıl qətnamələri tənzimləyərək elə bir şərait yaratdılar ki, BMT qlobal sülh və təhlükəsizliyin qorunması istiqamətindəki öz prinsiplərindən uzaqlaşsın və bəzi ölkələrin at oynatdığı məkana, Suriyada terrorizmi müdafiənin tribunasına və bu fenomenlə beynəlxalq mübarizə istiqamətində problemlərin yaranması və terrorizmin genişlənməsinə çevrilsin.

Teqlər