Suriya böhranı və Qərbin yalançı göz yaşları
-
Suriya böhranı və Qərbin yalançı göz yaşları
ABŞ Senatının xarici siyasət üzrə sabiq analitiki Qərbin Suriyada yaşanan insan böhranı üçün yalançı göz yaşları axıtdığını bildirib.
PressTV-nin verdiyi məlumata görə, Ceyms Catras bu telekanala verdiyi müsahibədə terrorizmi himayə etməsinə görə Rusiyanın Qərbə qarşı səsləndirdiyi tənqidlər barədə deyib: Qərb xüsusi ilə də Amerika terrorizm ilə mübarizədə Rusiyanın Suriya ordusuna olan dəstəyini zəiflətmək və Hələbin şərq hissəsinin terrorçuların işğalından azad edilməsini əngəlləmək istəyir. Rusiya Qərbin yalançı göz yaşlarının təsiri altına düşməməlidir. Qərb mediaları da öz dövlətləri xüsusi ilə də ABŞ-ın siyasətləri çərçivəsində bütün diqqətlərini Hələbdə yaşanan insan faciəsinə yönəldiblər. Bununla da ümumi fikri Rusiyaya qarşı yönəltməyə çalışırlar. Bütün bunlar yalançı göz yaşlarıdır. Hələb sakinlərinin taleyi əslində Qərb dövlətləri və mediaları üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar əslində bu məsələdən terrorçuları qorumaq üçün psixoloji vasitə və insan divarı kimi istifadə etməyə çalışırlar. Əgər Qərb və onun regiondakı müttəfiqləri həqiqətən Suriyada yaşanan insan faciəsindən və insanların qırğın edilməsindən nigarandırsa, o zaman savaşı durdurmalı və terrorçulara olan dəstəyini dayandırmalıdır.