Dek 07, 2016 15:55 Asia/Baku
  • Yəmənlilər Milli Qurtuluş dövlətinə dəstək aksiyası keçiriblər
    Yəmənlilər Milli Qurtuluş dövlətinə dəstək aksiyası keçiriblər

Yəmənlilər çərşənbə axşamı bir daha paytaxt Sənada aksiya təşkil edərək, Milli Qurtuluş dövlətini dəstəkləyib və Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə olan hücumlarını qınayıblar.

Əlməsirə telekanalının verdiyi məlumata görə, nümayiş iştirakçıları ABŞ-ın regionla bağlı siyasətləri əleyhinə şüarlar verərək, "Öz taleyimizi özümüz təyin edirik" şüarı veriblər.

Yəmənlilər həmçinin, Milli Qurtuluş hökumətinə dəstək nümayiş etdirərək, "Yəmən, Səna və Ədən uğrunda canımızı və qanımızı verərik" və "Yəmən xalqı vahid və bir xalqdır" şüarları veriblər.

Teqlər