Yəmən Parlamenti Milli Qurtuluş hökumətinə etimad rəyi verdi
Dek 10, 2016 17:24 Asia/Baku
Yəmən Parlamentinin üzvləri Milli Qurtuluş hökumətinə tam dəstək veriblər.
Yəmənin Əlməsirə informasiya kanalının verdiyi məlumata görə, Əbdüləziz bin Həbturun baş naziri olduğu Milli Qurtuluş hökuməti Parlamentdən etimad rəyi aldıqdan sonra, ölkənin idarə edilməsi məsuliyyətini üzərinə götürüb.
Yəmənin Milli Qurtuluş hökuməti Ənsarullah hərəkatı və Xalq Konqresi Partiyası tərəfindən 28 noyabrda 42 nazir və Əbdüləziz bin Həbutinin baş nazirliyi ilə təşkil edildi.
Ərəbistan 2015-ci ilin mart ayından istefada olan fərari prezident Əbdürrəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəməni havadan, qurudan və dənizdən hərtərəfli hücumlara məruz qoyur. İndiyə kimi bu hücumlar 10 000-dən çox yəmənlinin ölümünə yol açıb.
Teqlər