Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i250283-Ərəbistan_qırıcılarının_yəmənə_hücumları_davam_edir
Ərəbistan qırıcılarının Yəmənə olan son hücumlarında bir neçə mülki ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2016 07:06 Asia/Baku
  • Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
    Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir

Ərəbistan qırıcılarının Yəmənə olan son hücumlarında bir neçə mülki ölüb və yaralanıb.

Yəmənin Əlməsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcılarının şənbə günü axşam saatlarında Yəmənin qərbində yerləşən Əlhədidə əyalətinə olan hücumları zamanı 10 nəfər ölüb və yaralanıb, bir neçə evə ciddi zərər və ziyanlar dəyib. 

Ərəbistan qırıcılarının Yəmənin Sədə əyalətində y erləşən Razeh məntəqəsinə hücumu zamanı da 2 sivil həyatını itirib, 3 nəfər isə  yaralanıb. 

Əlaləm telekanalı da bildirir ki, Yəmən ordusu və müqavimət qüvvələrinin Maarib və Əlcəvf əyalətlərində Ərəbistana bağlı muzdluların mövqelərinə qarşı hücumlarında bir qrup muzdlu ölüb və yaralanıb. 

Həmçinin, şənbə günü axşam saatlarında Yəmənin cənubunda istefada olan prezidentin tərəfdarları arasında bir kamikadze tərəfindən törədilən partlayış onlarla nəfərin ölməsi və yaralanmasına yol açıb.