Dek 11, 2016 18:21 Asia/Baku
  • Hələbdə terrorçulara təzyiqlərin azaldılması üzrə səylər artır
    Hələbdə terrorçulara təzyiqlərin azaldılması üzrə səylər artır

Suriya qırıcıları tarixi Palmira şəhərinin ətrafında yerləşən Cəbəlhiyan məntəqəsində terrorçuların mövqelərinə ağır zərbələr endiriblər. Bu hücumların ardınca terrorçular Palmiranın ətrafından geri çəkilməyə məcbur olublar.

İRİB-nin müxbiri:

Hələbdə terrorçulara qarşı təzyiqlərin azaldılmasına cəhd. Suriya ordusunun Hələb şəhərinin təqribən 90%-ni terrorçu Ənnüsrə Cəbhəsinin işğalından azad etməyə nail olduğu bir şəraitdə, Türkiyə hərbi bölmələri Azad Suriya ordusu və bir sıra digər müxalif qüvvələr ilə birlikdə Suriya ərazisinə daxil olub. Bu qüvvələr Hələbin yaxınlığında yerləşən terrorçularının işğalı altında olan Əlbab şəhərini ələ keçiriblər.

İŞİD terror qruplaşması isə tarixi Palmira şəhərinə hücum etməklə, Hələbdə terrorçulara qarşı təzyiqləri azaltmağa çalışsa da, Suriya ordusunun güclü müqaviməti ilə üzləşərək, geri çəkilməyə məcbur olub. Bu günə kimi öz aralarında ixtilaflara malik olan bütün terrorçu qruplar və silahlı qruplaşmalar, indi öz himayədarlarının sifarişi əsasında bir-birilərinin kənarında Suriya ordusuna qarşı savaşırlar.

 

Məsud Əsədullahi – analitik:

Mövcud təhdidlərdən biri budur ki, Türkiyə qüvvələri Əlbab şəhərindən Hələbə doğru irəliləmək istəsinlər. Bu son dərəcə təhlükəli bir addım olaraq, bütün məntəqəni gərginliyə sürükləyə bilər. Digər tərəfdən Ənnüsrə Cəbhəsi ilə müxalif olduğunu iddia edən İŞİD indi Hələbdə terrorçulara qarşı təzyiqləri azaltmaq məqsədi ilə yenidən Palmiraya hücum etmək qərarına gəlib. Suriyanın cənubunda, Dəra məntəqəsində də biz artıq əməliyyatların başlanmasının şahidiyik. Buradan aydın olur ki, onlar arasında ixtilafların olması barədə səsləndirilən fikirlərin hamısı yalandır və onlar bir-biriləri ilə tam ahəngdarlığa malikdirlər. Onlar nəyin bahasına olursa olsun bu məntəqəni qorumaq istəyirlər.

 

İRİB-nin müxbiri:

Eyni zamanda terrorçuların himayədarları olan qərb və ərəb dövlətləri Fransanın paytaxtı Parisdə birgə iclas təşkil ediblər. Suriya ordusunun Hələbi azad etməsi ərəfəsində bu ölkələrin əl-ayağa düşərək, BMT-də və Təhlükəsizlik Şurasında bir sıra səylər həyata keçirmələri və bir sıra digər iclaslar təşkil etmələri analitiklərin diqqətini cəlb edib.

 

 Məsud Əsədullahi – analitik:

Hizbullah İsrailin amansız hücumları qarşısında 33 gün müqavimət göstərdi və İsrail ordusu Livan torpaqlarını məğlub tərəf olaraq tərk etdi. Bu İsrail üçün böyük bir məğlubiyyət idi. Amma, onların planı bununla məhdudlaşmırdı. Əsas plan Livanda Hizbullahı məhv etdikdən sonra İrana və İranın nüvə təsisatlarına hücumun edilməsi idi. Yəni 33 günlük müharibədəki qələbə daha geniş bir miqyasa malik idi. Hələb də oxşar vəziyyətə malikdir. Belə ki, onların Hələbdə məğlub olması ilə, regionda gedən proseslərin istiqamətində dəyişikliyin baş verdiyini müşahidə edirik.

 

İRİB-nin müxbiri:

Hələbin son məhəllələri və küçələri də azad edilmək ərəfəsindədir. Aparılan təmizlik çərçivəsində terrorçular son nəfərə kimi şəhərdən qovulacaq.  İndi hamı Hələbin azad edilməsindən sonra Suriyada nə baş verəcəyini gözləyir.  

 

Teqlər