Dek 12, 2016 15:55 Asia/Baku
  • PKK-nın tabeliyində olan qrup İstanbul terror hücumlarının məsuliyyətini üzərinə götürüb
    PKK-nın tabeliyində olan qrup İstanbul terror hücumlarının məsuliyyətini üzərinə götürüb

Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın tabeliyində olan TAK silahlı qrupu şənbə günü gecə İstanbulda həyata keçirilmiş terror hücumlarının məsuliyyətini üzərinə götürüb.

Şənbə günü gecə Beşiktaş futbol klubunun "Vodafon Arena" adlandırılan yeni stadionunda bu klubla Bursa Spor klubu arasında keçirilən görüşdən sonra İstanbul şəhərinin bir-birinə yaxın iki nöqtəsində törədilmiş terror hücumunda 38 nəfər həlak olub, 155 nəfər də yaralanıbdır.

Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın tabeliyində olan TAK silahlı qrupu şənbə günü gecə İstanbulda həyata keçirilmiş terror hücumlarının məsuliyyətini üzərinə götürüb. Türkiyə polisi həmin hücumdan sonra bu təşkilatın tabeliyində olan 13 nəfəri həbs edib.

Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğan da İstanbul terror hücumlarında yaralananlara baş çəkdikdən sonra deyib: Xalq şəkk etməsin: Yolun sonunadək terrorizm bəlası ilə mübarizəni davam etdirəcəyik.

Ötən bir il ərzində Türkiyənin müxtəlif məntəqələri, xüsusən İstanbul şəhəri çoxlu sayda terror hücumlarının şahidi olub. İŞİD terror qrupu və PKK onların məsuliyyətini öz üzərlərinə götürüblər.

Teqlər