Dek 12, 2016 18:10 Asia/Baku
  • Əmmar Həkim
    Əmmar Həkim

İraq şiələrinin böyük koalisiyasının sədri deyib ki, İraqın müxtəlif məntəqələrinin İŞİD terrorçularının işğalından azad edilməsi iraqlı qüvvələr tərəfindən həyata keçiirlməlidir.

İraq şiələrinin böyük koalisiyasının sədri Əmmar Həkim bu gün səhər Tehranda keçirilən bir mətbuat konfransında vurğulayıb: İraqlı mübarizlər İŞİD terror qrupu ilə mübarizə üçün İraq hökuməti ilə koordinasiya aparılmadan digər ölkələrin hərbi qüvvələrini qəbul etməyə hazır deyillər.

İraq şiələrinin böyük koalisiyasının sədri İŞİD-in ixtiyarında olan İraqın bəzi hissələrinin azad edilməsi əməliyyatda diqqətəlayiq irəliləyişlərin əldə olunduğunu deyərək, deyib: İraq xalqı öz ərazisinin sonuncu nöqtələrinin azad edilməsi üçün təyinedici müharibə aparır.

İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı oktyabrın 17-dən başlanıb və iraqlı qüvvələr son günlər Mosulun şərq hissəsində bu şəhərin ətraf məhəllə və qəsəbələrinə daxil ola biliblər.

Əmmar Həkim həmçinin İraq şiələri koalisiyasının bu ölkənin hazırkı problemlərinin siyasi həllinə səy göstərməsinə toxunaraq, deyib ki, bu koalisiya inkişaf etmiş bir İraqın yaradılması üçün əlini milli şəriklərə uzadır.

İraq Baş İslami Məclisinin sədri İrana səfər barədə də deyib: İraqın milli koalisiyası İranın yüksək vəzifəli rəsmilərilə görüşdə onları İraq hadisələrilə tanış edib.

Həkim deyibdir ki, İraqın İran İslam Respublikası ilə iqtisadi münasibətləri sahəsində xüsusi təklifləri Tehrana səfər zamanı irəli sürübdür.

Teqlər