Hələb barədə Rusiya və ABŞ arasında gedən müzakirələr nəticəsiz qalıb
-
Hələb barədə Rusiya və ABŞ arasında gedən müzakirələr nəticəsiz qalıb
ABŞ və Rusiyanın terrorçuların Hələbdən çıxmaları üçün təhlükəsiz dalanının yaradılması haqda bir həll yoluna çatmaq üzrə müzakirələri nəticəsiz qalıb.
Rusiya xarici işlər nazirinin müavini bu xəbəri verərək, deyib: Qərb mənbələrinin verdikləri məlumat reallığa uyğun deyil, zira terroçuların çıxmaları məsələsi hələ reallaşmamış və əsas səbəbi, Amerikanın qəbuledilməz maddələrə israr etməsi olan ayrıca bir razılaşmaların mövzusudur. Ryabkov əlavə edib: Rusiya əhalinin Hələbdən təhlükəsiz çıxması üçün lazımi şərait yaratmağa çalışır.
Hələbdə döyüşlərin getdiyi məntəqələrin əhalisinin həmin məntəqələrdən çıxması davam etməkdədir. Əhali gecə qaranlığından istifadə edərək, təkfirçi terrorçuların gözlərindən uzaq özünü təhlükəsiz məntəqələrə çatdırır.
Vətəndaş: Görün, terrorçular bizim başımıza nə oyun açıblar. Evləri buraxıb, bütün ailə ilə onların əlindən qaçmışıq.
Havanın soyuq olması və güclü meh bu səfərin çətinliyini artırıb və ailələrə istilik verən bir alovu olubdur.
İndiyədək 60 mindən çox ailə Hələbin təhlükəli məntəqələrindən çıxıbdır.
Vətəndaş: Onların bizi evsiz-eşiksiz qoymaqdan savayı bir şeyləri yox idi.
Vətəndaş: Evimi dağıdıblar və sərgərdan olmuşam. İndi arvadım və uşaqlarımın yanında xəcalətli qalmışam.
Amma döyüş meydanında terrorçular sıxıntıya düşüblər və hər an onların mühasirəsi daha da daralır.
Vətəndaş: Biz bütün Suriya xalqının intiqamını Səudiyyə, Qətər və Amerikanın kirayə etdikləri terrorçulardan alacağıq.
Suriyanın müqavimət qüvvələri Əcam-Babulməqam və Kərəm Dəədə məntəqələrini azad edə biliblər və hazırda Bustanulqəsr və Kəlasə məntəqələrində döyüşlər davam edir.
Hələbin tam şəkildə azad edilməsinə təkcə bir neçə məhəllə qalır.
Əhalinin döyüş məntəqələrindən çıxması ilə Suriyanın ordu və xalq qüvvələri “Şeyx Səid Bəşən” məntəqəsinə daxil olaraq, onun 20 faizini azad edə biliblər.