Hələb Suriya ordusu tərəfindən azad edildi
-
Hələb Suriya ordusu tərəfindən azad edildi
Suriya ordusu dünən gecə strateji əhəmiyyət daşıyan eləcə də Suriyanın şimal qərbində terrorçuların ən əsas bazası sayılan Hələb şəhərinin tamamiylə azad edilməsini rəsmən bildirib
İRİB-nin Spotnikə istinadən verdiyi məlumata görə, Suriya ordusu bildirib ki, terrorçu qrupların Hələbin şərqindəki son qərargahlarından da qovulması ilə, 5 ildən sonra nəhayət Hələb şəhəri terrorçuların işğalından tamamiylə azad edilib.
Bu məlumata görə, dünən axmama qədər Hələbin şərqində sadəcə 3 məhəllə terrorçuların işğalı altında idi, onlar da qovularaq şəhər tamamiylə Suriya ordusunun nəzarətinə keçib.
Hələbin azad edilməsinin ardınca minlərlə şəhər sakini qələbəni qeyd etmək üçün küçələrə axışıb və bu böyük qələbəni biri-birlərinə təbrik deyib.
Əldə olunan məlumatlara görə, terrorçu qruplar Hələbdəki rusvayçı məğlubiyyətlərindən sonra biri-birlərini xəyanətdə ittiham ediblər.
İRİB-nin Dəməşqdən verdiyi məlumata görə, bu ixtilaflar ona görə artıb ki, bəzi terrorçu qruplar Hələbin azad edilməsi əməliyyatı başlanmazdan öncə bu şəhəri tərk ediblər və Türkiyənin "Fərat qalxanı" qüvvələrinə qatılıblar.
Son həftələr ərzində terrorçuların Hələbdə ağır məğlubiyyətlərə məruz qaldıqlarından sonra onların himayədarları tez-tez iclaslar təşkil etməklə regionda əməliyyatların dayandırılmasına cəhd göstərirdilər.
Hələb şəhərinin azad edilməsi barədə Suriya ordusu tərəfindən yayılan məlumatlarla eyni zamanda bəzi ərəb telekanalları Suriyada baş verən hadisələri əksinə göstərməyə çalışdılar.
Suriyanın şimal qərbində yerləşən strateji əhəmiyyətli Hələb şəhərinin azad edilməsi xəbərinin yayılmasından az sonra Suriyaya qarşı olan Əl-Hədəs və Əl-Ərəbiyyə kimi ərəb telekanalları, terrorçuların himayədarlarının Suriya ordusuna qarşı psixoloji müharibəsi hesab olunan bir təşəbbüsə əl ataraq deyiblər ki, Suriya hökuməti Hələbin şərqini azad edərək bu ərazilərdə qırğınlara başlayıb və indiyədək onlarla adam öldürülüb.
Suriyaya qarşı olan ərəb telekanalları həmçinin dünən Hələbin azad edilməsi xəbəri barədə susublar və sonrada terrorçu qruplarla onların himayədarları arasında əlaqə körpüsü rolunu oynayan bu şəhərin Suriya ordusu tərəfindən azad edilməsinin heç də önəmli hadisə olmadığını inandırmağa cəhd göstəriblər.
Hələbin azad edilməsi ilə sadəcə Suriyanın şərqində Dyrəzzur vilayətinin bəzi kiçik hissələri və ölkənin şimalında Riqqə vilayəti terrorçu qrupların işğalındadır. Hələbin azad edilməsindən sonra Suriya qüvvələrinin bu ərazilərin də azad edilməsinə təşəbbüs göstərəcəyi gözlənilir.