Netanyahunun İsrail rejiminin hərbi qüdrətinin gücləndirilməsi barədə iddiası
-
Netanyahunun İsrail rejiminin hərbi qüdrətinin gücləndirilməsi barədə iddiası
Sionist rejimin baş naziri Benyamin Netanyahu idda edibdir ki, bu rejim Amerikadan ilk F-35 qırıcıları yükünü almaqla hərbi cəhətdən əvvəlkindən daha güclü olubdur.
Əlaləm telekanalının məlumatına görə, sionist rejim Amerikanın Lokhid Martin şirkətilə hər birinin dəyəri 100 milyon dollar olan əlli ədəd F-35 tipli qırıcının satın alınması haqda bir müqavilə imzalayıb və bazar ertəsi günü onlardan iki ədədini təhvli alıbdır.
Amerikadan İsrail rejiminə satılan F-35 tipli qırıcılardan ikisinin təhvil alınması elə bir şəraitdədir ki, Amerikanın seçilmiş prezidenti Donald Tramp bir mətləb yayaraq, F-35 qırıcısı layihəsi ilə bağlı ağır xərcləri tənqid edib və bu məsələ Amerikanın böyük Lokhid Martin şirkətinin payının dəyərinin aşağı düşməsinə səbəb olubdur.
Sionist rejimin baş naziri Benyamin Netanyahu elə bir halda amerikan qırıcıların satın alınmasını öz zənnincə, bu rejimin hərbi qüdrətinin gücləndirilməsində mühüm bilir ki, sionist hərbçilər 2014-cü ildəki əlligünlük savaşda Qəzzədə Fələstinin müqavimətilə heç bir iş görə bilmədilər.
İsrail rejiminin "dəmir günbəz" raket sistemi Fələstin müqavimətinin əldəqayırma raketləri qarşısında kəsərsiz idi və Fələstin müqavimətinin xalq qüdrəti qarşısında daim kövrək olubdur.