Türk jurnalist Suriya ordusunu dəstəklədiyinə görə həbs olunub
Türkiyədə məmurlar Hələbdə terrrorçulara qarşı Suriya ordusunun əməliyyatını dəstəkləyən məqalə yazdığına görə türkiyəli jurnalist Hüsni Məhəllini həbs ediblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Hüsni Məhəlli çərşənbə axşamı günü öz Twitter səhifəsində Fars körfəzinin ətrafındakı bəzi ərəb ölkələrinin Yəməni 20 aydır bombaladığını, lakin Türkiyə medialarının bu cinayətdən xəbəri olmadığını qeyd edərək xatırladıb: Suriya ordusu Hələbi terrrorçulardan təmizləyir. Lakin Türkiyə medialarında qiyamət qopub.
Türkiyəli məmurlar Hüsni Məhəllinin bu açıqlamasını Türkiyə dövlət rəsmilərinə hörmətsizlik hesab edərək onu həbs ediblər.
Ankara ötən bir neçə ildə Suriyada terrorçuları dəstəkləməklə, o cümlədən onlara silah göndərməklə, Suriyanın günahsız vətəndaşlarının qırğın edilməsi və bu ölkənin infrastrukturlarının məhv edilməsində paya malik olmuşdur.