Dəməşq ətrafında milli birlik və silahlı şəxslərin təslimi prosesi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251006-dəməşq_ətrafında_milli_birlik_və_silahlı_şəxslərin_təslimi_prosesi_davam_edir
Silahlı şəxslərin təsdlim olması və Dəməşq ətrafında milli barışıq prosesi sürətlə irəliləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2016 15:46 Asia/Baku
  • Dəməşq ətrafında milli birlik və silahlı şəxslərin təslimi prosesi davam edir
    Dəməşq ətrafında milli birlik və silahlı şəxslərin təslimi prosesi davam edir

Silahlı şəxslərin təsdlim olması və Dəməşq ətrafında milli barışıq prosesi sürətlə irəliləyir.

Press TV-nin məlumatına görə, Suriya ordusu qüvvələrinin yaraqlıların işğalından azad etdiyi paytaxt Dəməşqin ətrafındakı bölgələrdən birində yüzlərlə yaraqlı öz silahlarını yerə qoyub və suriyalı qüvvələrə təslim olublar. İndiyə qədər təslim olan 1500 yaraqlının kimlikləri qeydə alınıb.

Suriya ordusunun şimal bölgələrdə yaraqlılara doğru sürətlə irəliləməsi ilə xarici dəstək altında olan yaraqlılar silahları yerə qoymağa və suriyalı qüvvələrə təslim olmağa üstünlük verirlər. Belə ki, dövlət qüvvələri ilə bir daha savaşa məcbur olmasınlar.