Suriya ordusu: Terrorçular Hələbdə atəşkəsi pozublar
Suriya ordusu Hələbin şərqində silahlı müxaliflərin hərəkətlərinin davam etməsi ardınca, suriyalı qüvvələrin bu bölgədə öz əməliyyatına yenidən başlayacağını bildirib.
Press TV-nin məlumatına görə, silahlı müxaliflərin Hələbin Səlahəddin məhəlləsinə minaatanlarla hücumu 10 sivilin yaralanması ilə nəticələnib.
Digər tərəfdən Suriyanın şərqində Hmeymim bazasında rus dairələri bildiriblər: Silahlı müxaliflər öz qüvvələrini yenindən genişləndirmək və Suriya ordusu qüvvələri ilə qarşılaşmağa başlamaq üçün atəşkəs şəraitindən sui-istifadə ediblər.
Bu arada "Suriya Azad Ordusu" adlanan müxalif qrupun başçılarından biri ərəb dairələrinə verdiyi müsahibədə deyib: Silahlı hücumlar yenidən başlanmışdır.
Bu arada BMT bildirib: Hələb şəhərinin müxaliflər və sivillərdən təxliyə edilməsi proqramında müdaxilə etmir. Lakin bu proqramın icrası üçün kömək etməyə hazırdır.
Hələb şəhəri ötən aylar ərzində dövlət qüvvələri ilə terror qrupları arasında dəhşətli savaşın şahidi olmuşdur.
Suriyada böhran 2011-ci ildə Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək üçün Ərəbistan, Amerika və müttəfiqlərinin dəstəklədiyi terror qruplarının Suriyaya axını ilə başlanmışdır.