Bəşar Əsəd: Qərblilər terrorçuları Suriyada saxlamaq istəyirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251108-bəşar_Əsəd_qərblilər_terrorçuları_suriyada_saxlamaq_istəyirlər
Suriya prezidenti qərb dövlətlərinin Suriyadakı terrorçu qruplara dəstək vermələrini tənqid edərək deyib: Qərb ölkələri Suriyadakı terrorçuları saxlamaq istəyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2016 07:55 Asia/Baku
  • Bəşar Əsəd: Qərblilər terrorçuları Suriyada saxlamaq istəyirlər
    Bəşar Əsəd: Qərblilər terrorçuları Suriyada saxlamaq istəyirlər

Suriya prezidenti qərb dövlətlərinin Suriyadakı terrorçu qruplara dəstək vermələrini tənqid edərək deyib: Qərb ölkələri Suriyadakı terrorçuları saxlamaq istəyirlər.

Suriya prezidenti Bəşar Əsəd dünən RaşaTudey telekanalına verdiyi müsahibədə deyib: Qərblilərə görə, Suriya ordusu və müttəfiqləri terrorçulara qarşı həddindən artıq qələbə qazanıblar və məhz buna görə də, onlar Suriyadakı terrorçuları qoruyub-saxlamaq və xilas etmək üçün bütün səylərini səfərbər ediblər. 

Əsəd qərb dövlətlərinin Todmərin terrorçular tərəfindən işğal edilməsinə susduqlarını xatırladaraq deyib: Əgər bu şəhər Suriya ordusunun nəzarətinə keçsəydi qərblilər bu şəhərdəki mədəni irs və şəhər sakinlərinə görə nigarançılıq bildirəcəkdilər amma indi orada terrorçular fəaliyyət göstərdiyində qərblilərdən heç bir reaksiya gəlmir. 

Suriya prezidenti deyib: Qərblilər Suriya ordusunun hələbdəki uğurlarının təsirini zəiflətmək istəyirdilər və Suriya ordusunun diqqətini Hələbdən Todmərə yönəltmək, Suriya ordusunun irəliləyişlərinin qarşısını almaq isətyirdilər ancaq onların bu sahədəki planları nəticəsiz qaldı və Hələb azad oldu.