Dek 15, 2016 20:16 Asia/Baku
  • Bəhreynli hərbçilərin dini simvollara qarşı hörmətsizliyi
    Bəhreynli hərbçilərin dini simvollara qarşı hörmətsizliyi

Bəhreynin xəfiyyə qüvvələri bu gün İslamın əziz Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü günü münasibətilə Bəni Cəmrə məntəqəsi sakinlərinin divarlara vurduqları parçaları yığışdırıblar.

Əlaləm telekanalının məlumatına görə, Bəhreyndə Ali-Xəlifə rejiminin tabeliyində olan qüvvələrin bu hərəkəti Əhli-Beyt(ə) davamçılarının dini mərasimi və etiqadlarına hörmətsizliyin davam etməsi istiqamətində baş verir.

Bəhreyndə Əhli-Beyt(ə)-ın davamçılarına qarşı tayfa formasında zülm prosesi son aylar ərzində kəskinləşibdir.

Ali-Xəlifə rejiminin qüvvələri builki məhərrəm ayı günlərində də Hüseyn(ə) Aşurası simvollarını və qara bayraqları Manama daxil olmaqla Bəhreynin müxtəlif məntəqələrindən yığışdırıblar.

Bəhreyn 2011-ci ildən hökumətə qarşı xalq etirazları səhnəsidir.

Bəhreynli hərbçilər daim səud rejiminin köməyilə xalq etirazlarına divan tutur.

Teqlər