Ötən saatlar ərzində 8079 nəfər Hələbin şərqindən çıxıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251285-Ötən_saatlar_ərzində_8079_nəfər_hələbin_şərqindən_çıxıb
Suriyada xüsusi barışıq səyləri üzrə Rusiya mərkəzi ötən saatlar ərzində Hələbin şərqindən səkkiz mindən çox nəfərin çıxdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2016 12:18 Asia/Baku
  • Ötən saatlar ərzində 8079 nəfər Hələbin şərqindən çıxıb
    Ötən saatlar ərzində 8079 nəfər Hələbin şərqindən çıxıb

Suriyada xüsusi barışıq səyləri üzrə Rusiya mərkəzi ötən saatlar ərzində Hələbin şərqindən səkkiz mindən çox nəfərin çıxdığını bildirib.

Əl-Əhd xəbər portalının məlumatına görə, silahlı şəxslərdən 8079 nəfər ailələri ilə birlikdə Ramusə keçidi vasitəsi ilə Suriyanın Qırmızı Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti ilə Hələb şəhərindən çıxıb və bu proses davam etməkdədir.

Rusiya mərkəzi həmçinin bildirib: Avtobusların Hələbin şərqinə ezam olunması, silahlı şəxslərin avtobuslara minmələri və onların çıxışı əməliyyatı gecə-gündüz olaraq uçan pilotsuz vasitə və internetə qoşulmuş kameralar vasitəsi ilə canlı şəkildə izlənilir.