Qırmızı Xaç Hələb yaralıları və sivillərin təxliyəsinə yenidən başlanmasına hazırdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251687-qırmızı_xaç_hələb_yaralıları_və_sivillərin_təxliyəsinə_yenidən_başlanmasına_hazırdır
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü ümidvarlıq edib ki, Hələbin şərqindən sivillər və yaralıların təxliyəsi yenidən başlanacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2016 16:15 Asia/Baku
  • Qırmızı Xaç Hələb yaralıları və sivillərin təxliyəsinə yenidən başlanmasına hazırdır
    Qırmızı Xaç Hələb yaralıları və sivillərin təxliyəsinə yenidən başlanmasına hazırdır

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü ümidvarlıq edib ki, Hələbin şərqindən sivillər və yaralıların təxliyəsi yenidən başlanacaqdır.

Röytersin məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü Elodie Schindler Cenevrədə jurnalistlərə verdiyi açıqlamada deyib: Bu təşkilat vətəndaşların Hələbin şərqindən təxliyəsinin yenidən başlanmasına hazırdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi şənbə günü də Hələbdəki terror qruplarını tez bir zamanda bu bölgə sakinlərinin təxliyəsi planı ilə razılaşmaya və onların təhlükəsizliyi barədə ciddi zəmanət verməyə çağırıb.

Suriya hökumətinin bildirdiyinə görə, Hələbin şərqindən terrorçuların çıxması prosesi nəzarət altındadır. Lakin şəhərdə hələ də bəzi silahlılar və terrorçular qalmışlar.