Hələbin azadlığı terrorizmlə müharibədə yeni perspektiv
-
Hələbin azadlığı terrorizmlə müharibədə yeni perspektiv
İraq xarici işlər naziri deyib: Suriyada Hələbin azad olunması terrorizmlə müharibədə yeni perspektivdir.
İRNA-nın məlumatına görə, İraq xarici işlər naziri İbrahim əl-Cəfəri bazar günü Bağdadda keçirdiyi mətbuat konfransında deyib: İraq terrorizmlə mübarizə üçün Suriyanın kənarında durub və hər bir ölkənin İŞİD-ə qələbəsi bizim qələbəmizin mənasındadır.
İraq xarici işlər naziri bildirib: İraq rəsmi şəkildə terrorizmlə mübarizə üçün Suriyaya heç bir qüvvə ezam etməyib və Suriyanın daxili məsələlərində müdaxilə etmək niyyətində deyildir.
Əl-Cəfəri eyni zamanda vurğulayıb: Əl-Həşdüş-Şəəbi qüvvələri adı altında bütün islam qrupları İraqın ərazisində konstitusiya çətiri altında İraq qanunlarına sadiqdir.
İraq xarici işlər naziri Bağdad-Ankara əlaqələri barədə də deyib: İraq və Türkiyə rəsmiləri arasında təmaslar və görüşlər heç vaxt kəsilməyib. Lakin milli hakimiyyət İraqın səhlənkarlıq etmədiyi və onu qırmızı xətti hesab etdiyi prinsiplərdəndir.