Hələbin şərqindəki terrorçular faktları məhv edirlər
-
Hələbin şərqindəki terrorçular faktları məhv edirlər
Hələbin şərq məhəllələrini tərk etməkdə olan terrorçular son anlarda bütün sənədləri yandırmaq, faktları məhv etmək və ağır silahları dağıtmaqla məşğuldurlar.
Rusiya Əl-Youm televiziyasının verdiyi məlumata görə, Suriya dövləti yaraqlılar və mülkinin Hələbin şərqindən çıxarılması barədə silahlı qruplarla yeni razılaşmaya nail olub. Bu razılaşma Fəthüş-Şam qrupunun İdlibin ətrafında yerləşən Kəfərya və Fuə şəhərciklərindən yaralılar və xəstələrin çıxarılması ilə razılaşmasından sonra əldə olunub.
Suriya dövlət rəsmiləri yaraqlılar və mülkinin Hələbin şərqindən çıxarılması əməliyyatının, silahlı qrupların öz öhdəliklərini pozduqlarına görə dayandırıldığını bildiriblər.
Silahlı ünsürlər özlərinə aid olan bütün faktları yandırır və ağır silahları məhv edirlər.
Suriya ordusunun bir zabiti deyir: Terrorçular sadəcə bir güllə atarlarsa, Suriya ordusunun çox kəskin cavabı və ağır atəşinə məruz qalacaqlar. Ümid edirəm bir neçə günə tədbirlər sürətlə həyata keçiriləcək və bütün terrorçular bu bölgəni tərk edəcəklər.
Əssokri məhəlləsinin bir sakini isə Rusiya Əl-Youm telekanalının müxbirinə deyib: Yaraqlıların bölgədən və evlərimizdən çıxacağına görə çox sevinirəm, terrorçular həyatımızı məhv etdilər, evlərimizi dağıtdılar. Mən öz evimi öz yurdumu tərk edə bilmirəm, axı mən burada doğulmuşam, burada boya-başa çatmışam, qalan ömrümü də məhz burada qalmaq istəyirəm.