Ərəbistan Yəməndə qadağan olunmuş silahlardan istifadə olunduğunu etiraf edib
-
Ərəbistan Yəməndə qadağan olunmuş silahlardan istifadə olunduğunu etiraf edib
Ərəbistan Yəmənə qarşı hava hücumlarında qadağan olunmuş kasset bombalarından istifadəni etiraf edibdir.
Press TV-nin məlumatına görə, Ərəbistanın Yəməndəki qüvvələrinin sözçüsü Əhməd Ələsiri dünən səud qüvvələrinin Yəmənə qarşı hücumlarda İngiltərə istehsalı olan BL-755 kasset bombalarından istifadə etdiklərini etiraf edərək, iddia edibdir ki, bu bombalar yalnız xas hərbi hədəfləri vurublar.
Ərəbistanın Yəməndəki qüvvələrinin sözçüsü söyləyib: Ərriyad kasset bombalrından istifadəni dayandırmaq qərarına gəlib və İngiltərə dövlətini də özünün bu qərarından xəbərdar edibdir.
Bu səud başçılarının etirafları İngiltərənin müdafiə naziri Maykl Falunun bu öklə parlamentinin aşağı palatasının üzvlərinə səudların Yəmənlə savaşda ötən əsrin səksəninci onilliyində İngiltərədən satın alınmış kasset bombalarından istifadə etdiklərini bildirməsindən sonra bəyan edilibdir.
Ərəbistan 2015-ci ilin martından Yəməndə hakimiyyəti bu ölkənin istefa vermiş prezidenti Əbdrəbbuh Mənsur Hadiyə qaytarmaq və Ənsarullah hərəkatını zəiflətmək məqsədilə bu yoxsul ərəb ölkəsinə qarşı hava hücumlarına başlayıbdır.
Bu təcavüz zamanı indiyədək əksəriyyəti sivil olan 11 min 400-dən çox yəmənli həlak olubdur.