Əlibadi İŞİD-in terror hücumları barədə xəbərdarlıq edib
İraqın baş naziri İŞİD terror qrupunun bəzi ölkələrdə terror hücumları törətməsi barədə xəbərdarlıq edib.
Əlməyadin telekanalının məlumatına görə, Heydər Əlibadi vurğulayıb: İraqlı qüvvələr İŞİD-ə qarşı döyüşlərdə böyük qələbələr qazanıblar və tezliklə Mosul şəhərinin əksər məntəqələrinin nəzarətini ələ alacaqlar.
Əlibadi digər tərəfdən, İŞİD-in bəzi ölkələrdə terror hücumları törətməsi ehtimalı barədə xəbərdarlıq edib və bu ölkələrdən istəyibdir ki, sayıq olsunlar. O, həmçinin Türkiyə ilə əlaqələrin yaxşılaşması barədə danışıb.
İraqın baş naziri əlavə edib: Biz terrorizmlə mübarizədə bütün ölkələrlə həmkarlıq edirik. Açıq deyirəm; Biz İraqda çalışdıq ki, özümüzü regional çəkişmələrdən və şübhəsiz, tayfa və etnik çəkişmələrdən uzaq saxlayaq. Siz gördünüz ki, biz bu sahədə bir çox səylər göstərdik. Hətta Türkiyə ilə ixtilaf məsələsində də iraqlılar müttəfiq idilər. İnşaallah, bu proses islah olunacaq və Türkiyə tərəfi yeni prinsiplər əsasında İraqla anlaşmaya hazırdır. Ümid edirik ki, iki ölkə əlaqələrində yeni bir səhifə açılacaq.