Bəhreyn alimləri "İsrail"lə əlaqələrin normallaşdırılmasını pislədilər
Bəhreyn alimləri sionist rejimlə əlaqələrin normallaşdırılmasını pisləyiblər.
İRİB-in məlumatına görə, Bəhreyn alimləri cümə günü bəyanat verərək, bəzi ərəb rejimilərinin İsrail rejimi ilə əlaqələrinin normallaşması və bu işə hazırlığın görülməsini ərəb və islam xalqlarına qarşı təhlükəli hərəkət və xəyanət adlandırıblar.
Bundan öncə də 14 Fevral İnqilab Gəncləri Koalisiyası və Bəhreynin Vəd Cəmiyyəti sionist rejimlə əlaqələrin normallaşdırılması və Bəhreynin "İsrail" idman qrupuna ev sahibliyi etməsinə qarşı olduqlarını bildirib və əlavə ediblər: Bu hərəkət heç bir vəchlə Bəhreyn xalqının iradəsini əks etdirmir.
Mürtəce ərəb ölkələri, o cümlədən Bəhreynin sionist İsrail rejimi ilə əlaqələrin normallaşması elə bir haldadır ki, Bu ölkə ötən beş il ərzində de-stabil olmuş və Ali-Xəlifə dinc ictimai etirazları repressiya etməklə və şiə liderləri həbs etməklə öz qanuniliyini itirmişdir.