Səudiyyəlilərin Yəmənə hava hücumu; 9 sivil həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i252752-səudiyyəlilərin_yəmənə_hava_hücumu_9_sivil_həlak_olub
Səudiyyə Ərəbistanının Yəmənin cənub-qərbinə hava hücumunda bir qrup sivil həlak olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2016 15:36 Asia/Baku
  • Səudiyyəlilərin Yəmənə hava hücumu; 9 sivil həlak olub

Səudiyyə Ərəbistanının Yəmənin cənub-qərbinə hava hücumunda bir qrup sivil həlak olub və yaralanıb.

Press TV-nin əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri şənbə günü İb vilayətində yerləşən Fər əl-Ədində yaşayış binalarını atəşə tutublar. Bu hücumda 7 qadın və iki uşaq həlak olub və bir qrup Yəmən vətəndaşı da yaralanıb.

Səudiyyə Ərəbistanı qırıcıları Səna vilayətinin Nehəm rayonunu da dəfələrlə bombalayıblar.

Yəmən ordusu və xalq qüvvələri də intiqam xarakterli əməliyyatda Ərəbistanın cənub-qərbində 3 səudiyyəli hərbçini öldürüblər.

Cizan rayonunda əl-Həmra bazasında bir və əl-Mərəzəq hərbi bazasında da iki səudiyyəli hərbçi öldürülüb. Yəmən qüvvələri bu bölgədə öz raket hücumlarında səudiyyəlilərə aid iki hərbi avtomobili məhv ediblər.

Yəmən ordusu qüvvələri Ərəbistanın cənubunda yerləşən Əsir bölgəsində əl-Məsyal hərbi bazasını raket atəşinə tutublar. Bu hücumlar bu bazanın bir hərbi avtomobili və silah anbarının məhv edilməsi ilə nəticələnib.

Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından Yəmənin müxtəlif bölgələrinə hücumlara başlayıb. Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq Səudiyyə rejiminin Yəməndəki məqsədlərindəndir. bu hücumlarda indiyə qədər əksəriyyətini sivillər təşkil edən 11 min 400-dən çox yəmənli həlak olub.