Yəməndə təcavüzkarlar raket hücumunun hədəfində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i252902-yəməndə_təcavüzkarlar_raket_hücumunun_hədəfində
Yəmən ordusu və xalq qüvvələri Ali-Səud rejimi və onun muzdlularının təcavüzkar hücumlarına cavab olaraq Həccə vilayətində Səudilərin qəragahını raketlə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 06:15 Asia/Baku
  • Yəməndə təcavüzkarlar raket hücumunun hədəfində
    Yəməndə təcavüzkarlar raket hücumunun hədəfində

Yəmən ordusu və xalq qüvvələri Ali-Səud rejimi və onun muzdlularının təcavüzkar hücumlarına cavab olaraq Həccə vilayətində Səudilərin qəragahını raketlə hədəfə alıblar.

Yəmənin Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin dünən gün ortadan sonra Həccə vilayətində Səudilərin toplaşdıqları qərargahı hədəfə alması nəticəsində işğalçılar və onların muzdluları ağır tələfata və maddi ziyana məruz qalıblar. 

Yəmən ordusu və xalq komitələrinin verdiyi məlumata görə, bu hücum təcavüzkar səudiyyə qüvvələrinin Yəmənin yaşayış məntəqələrinə qarşı hücumlarına cavab olaraq həyata keçirilib. 

Yəmənli qaynaqlar həmçinin Ədən və Təəz kimi ölkənin cənub bölgələrində şiddətli toqquşmaların getdiyini, təşəbbüskarlığın isə Yəmən ordusu və xalq qüvvələrində olduğunu bildiriblər.