Yəmən ordusu və xalq qüvvələri Ərəbistana ağır zərbə endiriblər
Dek 26, 2016 15:50 Asia/Baku
-
Yəmən ordusu və xalq qüvvələri Ərəbistana ağır zərbə endiriblər
Yəmən ordusu və xalq qüvvələri döyüş meydanlarında səudiyyəli hərbçilərə ağır zərbələr endiriblər.
Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri Yəmən sərhədlərindən kənarda Səudiyyə Ərəbistanı ərazisində öz əməliyyatlarını artırıb və Ərəbistan ordusuna ağır xəsarətlər vurublar.
Həmçinin Əl-Məcaz Cəbəl Qeys bölgəsi yaxınlığında Səudiyyə Ərəbistanı ordusunun silah anbarlarında böyük partlayışlar baş verib. Partlayışlar Yəmən ordusu və xalq qüvvələrinin hücumu nəticəsində olub.
Digər tərəfdən Səudiyyə Ərəbistanının Nəcran vilayətində əl-Həmmad bazasına da bir neçə raket atılıb. Bu vilayətin Əlib hərbi komandanlıq mərkəzi də Yəmənin artilleriyası tərəfindən atəşə tutulub.