İraq qırıcılarının hücumunda 10 İŞİD-çi öldürülüb
Dek 26, 2016 21:22 Asia/Baku
-
İraq qırıcılarının hücumunda 10 İŞİD-çi öldürülüb
İraq ordusu Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Mosul şəhərinin şimal istiqamətində federal polis institutu yağınlığında İŞİD terrorçularının yerləşdiyi məkanı atəşə tutublar. Nəticədə 10 terrorçu öldürülüb.
Əl-İraqiyyə televiziyasının məlumatına görə, İraq ordusu Hərbi Hava Qüvvələrinin qırıcıları "Neynəva! Biz gəlirik!" əməliyyatı çərçivəsində Mosulun şimal istiqamətində federal polis institutu yaxınlığında yerləşən İŞİD terrorçularının mövqelərinə hücum ediblər. Nəticədə 10 İŞİD ünsürü öldürülüb və onların bazası məhv edilib. İraq qırıcıları hava hücumlarında həmçinin bir neçə bomba quraşdırılmış avtomobil və Mosulun qərb istiqamətində əl-Məhləbiyyə kəndində terrorçuların bazası məhv edilib. Bazadakı bütün terrorçular öldürülüb.