Suriyanın şimalında kütləvi qəbirlər aşkarlanıb
-
Suriyanın şimalında kütləvi qəbirlər aşkarlanıb
Rusiya Müdafiə Nazirliyinin sözçüsü Suriyanın şimalında Hələbin şərqində azad olunan bölgədə kütləvi qəbirlərin aşkarlandığını bildirib.
Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov deyib: Aşkarlanan qəbirlərdə onlarla suriyalının cəsədi vardır və onların üzərində işgəncə halları müşahidə olunur.
Rus rəsmisi əlavə edib: Bəzi cəsədlər doğranıb və onların əksəriyyətində güllə yarası müşahidə olunur.
Suriyanın əl-Vətən qəzeti də son vaxtlar yazıb: Əl-Kəlasə məhəlləsində aşkarlanan kütləvi qəbirdən 33 sivilin cəsədi çıxarılıb. Əl-Kəlasə məhəlləsi cari ayın ortalarında Suriya ordusu tərəfindən azad olunub.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib: "Mötədil müxaliflər"in silahlıları Hələbin bütün bölgələrində bombalar yerləşdiriblər.
Suriya ordusu və müqavimət qüvvələri son günlərdə Hələbin bütün şərq bölgələrini terrorçuların işğalından azad ediblər.