Ərəbistan hələ də Yəməni kasset bombaları ilə hədəfə alır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253226-Ərəbistan_hələ_də_yəməni_kasset_bombaları_ilə_hədəfə_alır
Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarda qadağan edilmiş silahlar o cümlədən kasset bombalardan istifadəni davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 07:18 Asia/Baku
  • Ərəbistan hələ də Yəməni kasset bombaları ilə hədəfə alır

Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarda qadağan edilmiş silahlar o cümlədən kasset bombalardan istifadəni davam etdirirlər.

PressTV-nin verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarını genişləndirməklə yanaşı, bazar ertəsi günü Həccə əyalətində yerləşən Hərəz məntəqəsini kasset bombalarından istifadə edərək, hədəfə alıblar. 

İnsan Haqları Gözətçisi Təşkilatı bazar ertəsi günü Ərəbistanı Yəməndə sivil əhaliyə qarşı kasset bombalardan istifadə etməkdə ittiham edərək, Ər-Riyadın 2016-cı ilin dekabrında Yəmənin Sədə əyalətini kasset bombalardan istifadə edərək, bombardman etdiyini bildirib. 

Yəmənli qüvvələr isə Ərəbistanın cinayətlərinə cavab olaraq, Səna əyalətində yerləşən Nəhəm məntəqəsinə hücum edərək, Ərəbistanın 15 muzdlusunu öldürüblər. 

Bu hücumdan bir gün öncə də yəmənli qüvvələr ilə döyüşdə onlarla muzdlu o cümlədən muzdluların komandanlarından olan 5 nəfər öldürülmüşdü.