Ali-Xəlifə rejimi bəhreynli juranlisti mühakimə edəcək
-
Ali-Xəlifə rejimi bəhreynli juranlisti mühakimə edəcək
Frans-24 telekanalının bəhreynli jurnalisti hakim rejim əleyhinə xalq etirazları ilə bağlı reportajlar hazırlamasına görə, Ali-Xəlifə rejimi tərəfindən mühakimə ediləcək.
PressTV-nin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin müxaliflərinə qarşı repressiyalarının davam etdiyi bir zamanda bu ölkə prokurorluğu 16 yanvar 2017-ci ili Frans-24 telekanalının müxbiri Nəzihə Səidin mühakimə edilməsi üçün təşkil ediləcək məhkəmə iclasının tarixi elan edib.
Bəhreyn prokurorluğu Nəzihə Səidi xarici medialar ilə iznsiz əməkdaşlıqda ittiham edir.
Bəhreyn rəsmiləri həmçinin, Nəzihə Səidin fəaliyyt lisenziyasının müddətini uzatmaqdan imtina edərək, 2 həftə öncə onun ölkəni tərk etməsinə də qadağa tətbiq ediblər.
Bu bəhreynli jurnalistin 2011-ci ildə xalq etirazları ilə bağlı reportaj hazırlamasına görə həbs və işgəncə edilməsinin ardınca, Bəhreyn rəsmiləri 2015-ci ilin noyabrında bildirdilər ki, Nəzihə Səidə işgəncə edən təhlükəsizlik məmurlarının məsuliyyətə cəlb edilməsi işinin araşdırılmasından vaz keçiblər.