Sionist müəssisə Qəzzə zolağının ağır durumunu etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253534-sionist_müəssisə_qəzzə_zolağının_ağır_durumunu_etiraf_edib
Bir sionist hüquq mərkəzi etiraf edibdir ki, sionist rejim Qəzzə zolağının insan durumunu günbəgün pisləşdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2016 13:26 Asia/Baku
  • Sionist müəssisə Qəzzə zolağının ağır durumunu etiraf edib
    Sionist müəssisə Qəzzə zolağının ağır durumunu etiraf edib

Bir sionist hüquq mərkəzi etiraf edibdir ki, sionist rejim Qəzzə zolağının insan durumunu günbəgün pisləşdirir.

Fələstinli Səma xəbər agentliyinin məlumatına görə, Gişa adlı sionist hüquq mərkəzi bir hesabatda bildirib ki, Qəzzə zolağındakı xəstələr dərman və tibbi ləvazimat çatışmazlığına görə, digər xəstəxanalara yatırılmağa ehtiyaclıdırlar. Lakin İsrail rejimi üzrsüz təhlükəsizlik dəlillərinə görə, keçidləri bağlayaraq, onların Qəzzədən çıxmalarına mane olur.

Bu məlumata əsasən, Qəzzə zolağının iş adamları və sənaye sahibləri də sərhədlərin bağlı olmasına görə, azad surətdə fəaliyyət göstərə bilmirlər. Bu məsələ bu məntəqənin iqtisadi durumunu daha da pisləşdirib və minlərlə ailənin məişət durumunu pozubdur.

İsrail rejimi 2006-cı ilin yanvarından və Həmas təşkilatının Fələstin parlament seçkilərində qalib gəlməsinin ardınca bu təşkilatı devirmək məqsədilə Qəzzə zolağını havadan, qurudan və dənizdən mühasirəyə alıb və beynəlxalq tövsiyələrə məhəl qoymadan bu məntəqənin mühasirəsini davam etdirir.