Ərəbistan İranı həcc problemlərini araşdırmağa çağırıb
-
Ərəbistan İranı həcc problemlərini araşdırmağa çağırıb
Ərəbistanın həcc və ümrə naziri bildirib ki, Ərriyad İranın Həcc və Ziyarət Təşkilatının nümayəndə heyətini həcc mərasiminin keçirilməsi üzrə koordinasiya iclaslarında iştiraka dəvət edib.
Ərəbistanın Ələxbariyyə informasiya kanalının məlumatına görə, Ərəbistanın həcc və ümrə naziri Muhəmməd Bintən iddia edib ki, Ərriyad milliyyəti və məzhəbini nəzərə almadan həcc və ümrə mərasimində bütün hacıların iştirakını alqışlayır. O, deyib: Ərəbistan iranlı zəvvarların gələnilki həcc mərasimində iştirakına şərait yaratmaq məqsədilə və onlara xidmətlər göstərməyə öz hazırlığını bildirərək, iranlı məsul şəxslərdən istəyibdir ki, zaman cədvəli əsasında təşkil olunan iclaslarda iştirak etsinlər.
Bu məlumata görə, səksən ölkənin həcc təşkilatlarının məsul şəxsləri gələn ilin həcc mərasiminin keçirilməsinə hazırlıq üçün Ərəbistana səfər edəcəklər.
Ötən il Ali-Səudun ləyaqətsizliyi və digər dəlilllər, o sıradan Ərriyadın sabotajı ucbatından 477 iranlı zəvvar daxil olmaqla yeddi mindən çox zəvvar Məkkə və Mina faciələrində öz həyatını itirdi.