Suriya İran və Rusiyanı alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253660-suriya_İran_və_rusiyanı_alqışlayıb
Suriya xarici işlər naziri bu ölkədə atəşkəsin bərpa olunması üçün İran və Rusiyanın səylərini alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2016 06:43 Asia/Baku
  • Suriya İran və Rusiyanı alqışlayıb
    Suriya İran və Rusiyanı alqışlayıb

Suriya xarici işlər naziri bu ölkədə atəşkəsin bərpa olunması üçün İran və Rusiyanın səylərini alqışlayıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Suriya xarici işlər naziri Vəlid Müəllim cümə axşamı gecə atəşkəs anlaşmasının icrasının başlanması ərəfəsində deyib: Suriya bu anlaşmanın təşəbbüskarları olaraq İran və Rusiya ilə bir səngərdədir. 

Suriya xarici işlər naziri əlavə edib: Hizbullah Türkiyə sərhədləri vasitəsi ilə Suriya ərazisinə daxil olan yaraqlı qrupların əksinə olaraq qanuni hökumətin rəsmi müraciətində Suriyada iştirak edir. 

Bununla belə Müəllim deyib: Suriya xalqı və rəsmilərinin baxışınca, Türkiyə təcavüzkar ölkədir və Suriya ərazisinin bəzi hissəsini işğal edib. 

Suriya xarici işlər naziri deyib: Səudiyyə Ərəbistanı və Qətər Suriyada məğlub olduqlarını hələ də anlamayıblar. 

Suriya xarici işlər naziri həmçinin xatırladıb: 7 silahlı qrup atəşkəsi imzalayıblar və bu qruplar İŞİD və Ən-Nüsrə Cəbhəsi terror qruplarından uzaqlaşmalıdırlar.