Bəhreyndə sionist rejim bayrağı yandırılıb
-
Bəhreyndə sionist rejim bayrağı yandırılıb
Bəhreynin qəzəbli vətəndaşları Ali-Xəlifə rejiminin sionist rejimlə əlaqələri normallaşdırmasını pisləmək istiqamətində bu rejimin bayrağını yandırıblar.
Fars Xəbər Agentliyinin məlumatına görə, Bəhreyn vətəndaşları cümə axşamı gecə bu ölkənin nüfuzlu ruhanisi Şeyx İsa Qasimin Manamanın qərbində Əd-Duraz bölgəsindəki mənzili qarşısında aksiya keçirərək sionist heyətin Bəhreynə səfərini hökumət üçün utanc və islam və ərəb ümməti, eləcə də Bəhreyn xalqının iradəsinə xəyanət adlandırıblar.
Bu aksiya iştirakçıları sionist heyətin Bəhreynə səfərini müstəbidlik funksiyalarına əsasən Bəhreyn xalqının iradəsindən uzaq adlandırıb və bildiriblər: Bəhreyn xalqı heç vaxt ümmət və müqəddəslərlə əlaqədar olan Fələstinin taleyi məsələsini heç vaxt unutmayacaq.
Ötən gün həmçinin 400-dən çox Bəhreyn insan haqları fəalı Ali-Xəlifə rejiminin ticarət palatasının iş adamlarının Həbar adlanan radikal yəhudi ravvinlər qrupunu qarşılamasını və bu sionistlərin Bəhreyndə rəqs təşkil etməsini pisləyiblər.
Həbar heyəti həftənin sonlarında Bəhreyn kralı Həməd Bin İsa Ali-Xəlifənin dəvəti ilə Hanuka yəhudi bayramını qeyd etmək məqsədilə bu ölkəyə səfər edib.
Bəhreyn 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir.