2016-cı ildə sionistlər Məsciduləqsaya qarşı ən çox basqın ediblər
2016-cı ildə təqribən 17602 sionist qəsəbə sakini və ekstremist ravvin Məsciduləqsaya basqın edibdir ki, bu, Fələstinin işğalından bəri ən yuxarı rəqəm sayılır.
Mehr xəbər agentliyinin məlumatına görə, Deyli-48 portalı dünən bir statistik məlumatda bildirib: 2016-cı ildə sionist rejimin kəşfiyyat xidmətləri ünsürlərindən 1200-dən çox adam da Məsciduləqsaya basqın edibdir.
Ərəb Araşdırmalar Mərkəzinin tabeliyində olan Tədqiqat Mərkəzinin baş direktoru Camal Tələb Əl-Əmlət ifşa edərək vurğulayıb: 2016-cı ildə sionist rejimin İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə qarşı hücum və hərəkətləri nəzərəçarpacaq dərəcədə artıb və İordan çayının qərb sahilində və Qüdsün şərqində yoxlama-buraxılış məntəqələrinin sayı ötən il ilə müqayisədə 126 faizlik artımla 802 hala çatıbdır.
Tələb Əl-Əmlət deyib: 2016-cı ildə fələstinlilərin mənzillərinin dağıdılması rəqəmi ötən il ilə müqayisədə 208 faiz artıbdır ki, bu da 418 mənzliə şamil olur.
Ərəb Araşdırmalar Mərkəzinin tabeliyində olan Tədqiqat Mərkəzinin baş direktoru söyləyib: 2016-cı ildə sionist qəsəbə sakinləri tərəfindən fələstinlilərin ərazilərinin qəsb olunması da ötən il ilə müqayisədə 43 faiz artıbdır.
Həmçinin sionist hərbçilər tərəfindən 110 halda fələstinli əkinçilərin hüquqlarının pozulması və 195 halda dini və tarixi məkanlara qarşı hörmətsizlik barədə məlumat yayılıbdır ki, onun 100 halı Məsciduləqsaya basqın olubdur.