Yəmənin Təiz vilayətində 11 səud muzduru öldürülüb
11 səud muzduru Yəmənin Təiz vilayətinin müxtəlif məntəqələrində bu ölkənin ordusu və xalq komitələri qüvvələrilə döyüşlərdə öldürülüb və bir qrup muzdur da yaralanıbdır.
IRNA-nın məlumatına görə, bir yəmənli hərbi mənbə dünən gecə deyib ki, bu muzdurların altısı Təizin Əlzəbab məntəqəsində yerləşən Cəbəl Əlhan məhəlləsinin şərqində öldürülüb və üç nəfər də yaralanıbdır.
Bu mənbə əlavə edib ki, dörd səud muzduru da Əssilv rayonunda, bir nəfər də Təizdəki Əlvəkil təpəsində öldürülübdür.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin artilleriyası həmçinin səud muzdurlarının Əlhəriqiyyə kəndinin cənubunda toplaşdıqları məkanı hədəfə alıb. Nəticədə muzdurlar tələfat veriblər.
Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq məqsədilə 2015-ci ilin martından Yəmənə qarşı hücumlara başlayıbdır.
Ərəbistan iri xərclər çəkməsinə və Yəmənə qarşı ardıcıl hücumlarına rəğmən, Yəməndəki hədəflərindən heç birinə çata bilməyibdir.