Bəhreyndə bir zindana silahlı hücum edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253993-bəhreyndə_bir_zindana_silahlı_hücum_edilib
Naməlum silahlı şəxslər Bəhreyndəki "Cu" zindanına hücum edərək, bir qrup məhbusu qaçırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2017 15:06 Asia/Baku
  • Bəhreyndə bir zindana silahlı hücum edilib
    Bəhreyndə bir zindana silahlı hücum edilib

Naməlum silahlı şəxslər Bəhreyndəki "Cu" zindanına hücum edərək, bir qrup məhbusu qaçırıblar.

IRNA-nın məlumatına görə, Bəhreyn Daxili İşlər Nazirliyi bu gün bildirib ki, həmin silahlı hücumda zindan polisi Əbdüssəlam Seyf silahlı ünsürlərlə toqquşmada öldürlübdür.

Deyilənlərə görə, qaçmış məhbusların sayı on nəfərdir.

Məlumatlara görə, bu zindana çıxan bütün küçələr bağlanıbdır.

Bəhreyn Daxili İşlər Nazirliyi "Cu" zindanına hücumu terror hücumu adlandırıb və bildiribdir ki, təhlükəsizlik qüvvələri hücum amillərinin həbsi üzrə təhqiqatlara başlayıblar.