Məsciduləqsa sionist qəsəbə sakinlərinin hücumları altındadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254032-məsciduləqsa_sionist_qəsəbə_sakinlərinin_hücumları_altındadır
Sionistlərin müsəlmanların ilk qibləgahına qarşı hörmətsizliklərinin davamında sionist qəsəbə sakinləri bu gün sionist hərbçilərin dəstəyilə Babulmuğaribə tərəfdən Məsciduləqsaya hörmətsizlik ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2017 17:31 Asia/Baku
  • Məsciduləqsa sionist qəsəbə sakinlərinin hücumları altındadır
    Məsciduləqsa sionist qəsəbə sakinlərinin hücumları altındadır

Sionistlərin müsəlmanların ilk qibləgahına qarşı hörmətsizliklərinin davamında sionist qəsəbə sakinləri bu gün sionist hərbçilərin dəstəyilə Babulmuğaribə tərəfdən Məsciduləqsaya hörmətsizlik ediblər.

Fələstin informasiya mərkəzinin məlumatına görə, bir qrup sionist qəsəbə sakini də Məsciduləqsada yəhudi mərasimini keçirmək niyyətində olubdur ki, dini elmlər üzrə tələbələr və namazqılanlar onlara qarşı çıxaraq, sionist qəsəbə sakinlərinə belə bir iş görmək icazəsi verməyiblər.

Sionist qəsəbə sakinləri ötən günlər ərzində dəfələrlə Məsciduləqsaya basqın ediblər.

Bu müqəddəs məkan Qüdsün islami və xristian mahiyyətini aradan götürərək, onun yerinə sionist simvolları gətirmək üçün sionist hərbçilər və sionist qəsəbə sakinlərinin cövləngahına çevrilibdir.