Səud qüvvələri Cizan sərhəd məntəqəsində tələfat veriblər
Yəmən qüvvələrinin bu ölkənin şimalı ilə Ərəbistanın cənubu arasında yerləşən Cizan sərhəd məntəqəsində səud qüvvələrinə qarşı artilleriya hücumlarında bir qrup səud hərbçisi ölüb və ya yaralanıbdır.
IRNA Əlməsirə informasiya kanalına istinadla xəbər verir ki, Yəmənin ordu və xalq komitələri qüvvələri dünən Cizan sərhəd məntəqəsində yerləşən Əlməntəzə bazasında Ərəbistanın ordu qüvvələrinin toplaşdıqları mərkəzi mərmi atəşinə tutublar. Nəticədə bir qrup səud qüvvəsi ölüb və ya yaralanıbdır.
Bir hərbi mənbə bu xəbəri verərək, əlavə edib: Yəmənin ordu və xalq komitələri qüvvələri həmçinin Ərəbistanın ordu qüvvələrinin Əlməənəq bazasındakı mövqelərini hədəfə alıblar. Nəticədə bir qrup səud yaralanıbdır. Bu istiqamətdə Yəmən ordusunun media bölməsi dünən yəmənli qüvvələrin Ərəbistanın Cizandakı Əlməlzur mərkəzinə qarşı hücumu ilə bağlı səhnələri yayıbdır. Həmin hücumda bir neçə hərbi avtomobil məhv edilib, eləcə də bir qrup səud əsgəri yaralanıbdır.
Müştərək yəmənli qüvvələr həmçinin Cizan sərhəd məntəqəsindəki Məşəl məntəqəsində səudların bir casusluq təyyarəsini vurub, yerə salıblar.
Belə bir halda, bildirilibdir ki, bazar ertəsi günü səud təcavüzkarlarının qırıcılarının Yəmənin Hədidə və Marəb vilayətlərindəki məntəqələrə qarşı hücumlarında yeddi sivil şəhid olub, həmçinin qadın və uşaqlar daxil olmaqla bir qrup insan da yaralanıbdır.