Yan 03, 2017 11:27 Asia/Baku
  • Suriya dövlətilə müxalif qruplar Qazaxıstan müzakirələrində iştirakdan vaz keçiblər
    Suriya dövlətilə müxalif qruplar Qazaxıstan müzakirələrində iştirakdan vaz keçiblər

Suriya dövlətilə müxalif olan onlarla qrup Qazaxıstan müzakirələrini boykot etdiyini bildirib.

Sputnik xəbər agentliyinin məlumatına görə, Suriya dövlətilə müxalif olan qruplar dünən bir bəyanat imzalayraq, bu ölkədə atəşkəs razılaşmasının pozulduğunu iddia ediblər. Onlar bildiriblər ki, Qazaxıstanın Astana şəhərində keçiriləcək Suriya sülh danışıqlarında iştirak etməyəcəklər.

BMT-nin Təhlükəsizlik Şurası şənbə günü gecə Suriyada atəşkəsin bərqərarı barədə Rusiya və Türkiyənin irəli sürdükləri qətnamə layihəsini qəbul edərək, döyüşlərin dayandırılması, Suriyanın müxtəlif məntəqələrində zərərçəkənlərə yardımın sürətləndirilməsi, həmçinin qarşıdakı Astana müzakirələrinə öz dəstəyini elan etdi.

Suriyada atəşkəsin bərqərarı barədə razılaşma cümə gününün ilk dəqiqələrindən icra olundu.

Teqlər