Bağdad terror əməliyyatı terrorçuların məğlub olduqlarını göstərir
İraq prezidenti Bağdaddakı terror partlayışlarının terrorçuların xüsusən Mosul şəhərində məğlub olmalarının yaxın olmasından mənşə aldığını bildirib.
Təsnim xəbər agentliyinin məlumatına görə, İraq prezidenti Fuad Məsum bir bəyanatda partlayış qurşaqları və bomba qoyulmuş avtomobillərdən istifadə ilə Bağdadın bir neçə məntəqəsində törədilmiş terror partlayışlarını pisləyərək, bildirib ki, bu partlayışların amillərinin hərəkətləri onların bu ölkədə qəti məğlubiyyətlərinə açıq etirafdır.
İraq prezidenti bu ölkənin təhlükəsizlik orqanlarından istəyibdir ki, bu cür terror hücumlarının qarşısını almaq üçün onların amillərinin həbs olunmaları ilə bərabər, bu istiqamətdə sayıqcasına və qəti addımlar atılmalıdır.
Dünən Bağdadın cənub-şərqindəki Zəfəraniyyə məntəqəsində bomba qoyulmuş avtomobilin partlaması nəticəsində azı on nəfər həlak olub.
Üç bomba da Bağdaddan şimal-şərqdə yerləşən Əlşəəb şəhərindəki bir bazarda partlayıb. Nəticədə bir neçə nəfər ölüb və yaralanıbdır.
Daha iki terror partlayışı da Bağdadın şərqindəki Əlçəvadər və Əlkəndi xəstəxanasının yaxınlığında baş veribdir ki, nəticədə altı nəfər ölüb, 13 nəfər də yaralanıbdır.
İŞİD terrorçuları Neynəva vilayəti xüsusiyyət təşkil etməklə İraq döyüşlərindəki ardıcıl məğlubiyyətlərindən sonra müxtəlif şəhərlərdə mülkiləri qırmağa üz tutublar.