Ali-Xəlifə rejiminin İrana qarşı iddiası
-
Ali-Xəlifə rejiminin İrana qarşı iddiası
Müəyyən sayda məhbusun qaçması ilə nəticələnmiş Bəhreynin paytaxtı Manama şəhərinin cənubunda yerləşən bir məhbəsə qarşı hücumun ardınca Ərəbistanın və Fars Körfəzi ətrafındakı bəzi digər ölkələrin mediaları bu hücumu İran İslam Respublikası ilə bağlı amillərə aid etməyə can atırlar.
IRIB-nin məlumatına görə, Bəhreyn daxili işlər nazirliyi də heç bir fakt və sənəd təqdim etmədən İranı "Cu" zindanına qarşı hücumda əli olmaqda ittiham edibdir.
Bəhreynli mənbələr xəbər veriblər ki, bazar günü Bəhreynin cənub-şərqində yerləşən "Cu" zindanına qarşı hücumda bir polis ölüb, bir qrup məhbus da qaçıbdır.
İngiltərənin baş naziri Terzaminin Bəhreynə səfərindən az müddət keçdikdən sonra bu ölkə müxaliflərə qarşı təzyiqləri və öz daxili problemlərini başqalarının boynuna atmağı artırıbdır.
İran daim Bəhreyn daxil olmaqla region ölkələrindəki problemlərin dinci həllini istəyibdir.
Bəhreyndəki müxtəlif xalq qrupları illər boyudur ki, dinc formada, Ali-Xəlifə rejiminin bu ölkə vətəndaşlarından aldığı vətəndaş hüquqlarının bərpasını istəyirlər.